...

"Azərbaycan Dəmir Yolları" və Almaniyanın DHL şirkəti niyyət protokolu imzaladılar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2016 16:10 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti dünya logistik bazarının liderlərindən olan Almaniyanın DHL şirkətinin nümayəndələri ilə görüşüb.
"Azərbaycan Dəmir Yolları" və Almaniyanın DHL şirkəti niyyət protokolu imzaladılar (FOTO)

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində səfərdə olan "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti dünya logistik bazarının liderlərindən olan Almaniyanın DHL şirkətinin nümayəndələri ilə görüşüb.

QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, görüşdə Azərbaycan tərəfdən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, sədr müavini İqbal Hüseynov, sədrin müşaviri Vüsal Aslanov və digər rəsmi şəxslər iştirak ediblər.

Qarşı tərəfdən görüşdə DHL-in Şərqi Avropa üzrə baş icraçı direktoru Kərəm İnanc, şirkətin Çin üzrə baş icraçı direktoru Stiv Huanq və digərləri iştirak ediblər.

Görüş zamanı Azərbaycanın nəqliyyat potensialı, ölkəmizdə tranzit və yükdaşımalar sahəsində əldə olunan uğurlar, bu sahədə həyata keçirilən iri infrastruktur layihələri diqqət mərkəzində olub, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər gələcək əməkdaşlıqdan danışarkən, Azərbaycanda iri logistik "hub" yaradılması haqqında razılığa gəliblər. Həmin "hub" vasitəsilə Çindən gələn yüklərin burada cəmləşərək sonradan Türkiyə, Avropa, Rusiya və ətraf ölkələrə paylanacağı planlaşdırılır.

Görüşün sonunda tərəflər arasında niyyət protokolu imzalanıb.

Qeyd edək ki, Almaniyanın DHL şirkəti dünya logistik bazarının liderlərindən sayılır. Şirkət dünyanın 200 ölkəsində 120 min şəhərə yüklər çatdırır. Şirkətin dünyada 5 mindən artıq ofisi var, burada çalışan əməkdaşların sayı 300 minə yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti