Bakı. Ənvər Məmmədov - Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan manatında istiqrazlar buraxmağa hazırdır. Trend-in məlumatına görə, bunu AYİB prezidenti Suma Çakrabati Bakıda bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2016-cı ildə manat istiqrazlarının buraxılması ilə bağlı bütün hazırlıq prosesi tam başa çatıb.