Bakı. Samir Əli - Trend:
Azərbaycanla Fransa arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədədir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez deyib.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq normal inkişaf edir: "Azərbaycanla Fransa arasında iqtisadi sahədə dinamik əlaqələr mövcuddur. Fransa Azərbaycanın əhəmiyyətli tərəfdaşlarındandır".