...

Maliyyə Nazirliyinin qısamüddətli istiqrazları satışa çıxarılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2016 17:03 (UTC +04:00)
Bakı Fond Birjasında (BFB) Maliyyyə Nazirliyinin 5 milyon manat dəyərində qısamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Maliyyə Nazirliyinin qısamüddətli istiqrazları satışa çıxarılır

Bakı. Ənvər Məmmədov - Trend:

2016-cı ilin 31 may tarixində Bakı Fond Birjasında (BFB) Maliyyyə Nazirliyinin 5 milyon manat dəyərində qısamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Trend BFB-yə istinadən məlumat verir.

Hərracda hər birinin nominal dəyəri 100 manat və tədavül müddəti 91 gün olan 50 min istiqraz çıxarılacaq. İstiqazların ödəmə müddəti 2016-cı il 30 iavqust tarixidir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.

Maliyyə Nazirliyinin dövlət istiqrazlarının buraxılışının anderrayteri "PAŞA Capital" investisiya şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti