...

Asiya İnfrastruktur İnvestisiya Bankının Rəhbərlər Şurasında Azərbaycandan rəhbər təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2016 21:24 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankına üzvlüyü ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.
Asiya İnfrastruktur İnvestisiya Bankının Rəhbərlər Şurasında Azərbaycandan rəhbər təyin edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankına üzvlüyü ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Asiya İnfrastruktur İnvestisiya Bankının Rəhbərlər Şurasında Azərbaycan Respublikasından rəhbər Azərbaycanın iqtisadiyyat naziri, alternativ rəhbər isə Azərbaycanın maliyyə naziri təyin edilsin və onlara həmin bankda Azərbaycanı təmsil etmək səlahiyyəti verilsin.

Azərbaycan Mərkəzi Bankı Asiya İnfrastruktur İnvestisiya Bankının ehtiyatlarının və digər aktivlərinin Azərbaycan Respublikasının milli valyutasında depozitarı müəyyən edilir.

Nazirlər Kabinetinə Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankına üzvlüyü ilə bağlı müvafiq abunə kapitalının ödənilməsi üçün maliyyə vəsaitinin ayrılmasını təmin etmək; "Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti