...

500 çən vaqonunun əsaslı təmir olunması nəzərdə tutulur

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2016 10:58 (UTC +04:00)
İstismar müddəti keçmiş çən vaqonları əsaslı təmir olunur.
500 çən vaqonunun əsaslı təmir olunması nəzərdə tutulur

Trend-i buradan izləyin

Bakı. Trend:

İstismar müddətini keçmiş çən vaqonları əsaslı təmir olunur.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, son bir il ərzində Rusiya Federasiyasının F. Dzerjinski adına "Uralvaqonzavod" Elmi-İstehsal Korporasiyasından 3100 müxtəlif təmayüllü yük vaqonu alınaraq ölkəmizə gətirilib. Bunun 600-ü çən vaqonudur.

Yeni vaqonların alınması ilə yanaşı, istismar müddətini keçmiş çən vaqonlarının əsaslı təmir olunmasına da başlanılıb.

Bu günlərdə Bakı Vaqon Təmiri Zavodunda əsaslı təmir edilmiş, istismar müddəti 5 il artırılan 15 ədəd çən vaqonuna baxış keçirilib. Yük daşımaları Departamentnin vaqon şöbəsinin rəisi Bəşir Əsədov kütləvi informasiya vasitələri nümayəndələrinə məlumat verib.

O bildirib ki, MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurası rəhbərliyinin 11 may 2010-cu il tarixli teleqramına əsasən, Bakı Vaqon Təmiri Zavoduna neft və neft məhsulları və həmçinin maye qaz daşıyan çən vaqonlarının istismar müddəti qurtardıqdan və bu vaqonlar xüsusi qurumlar tərəfindən texniki diaqnostika edildikdən sonra, "Texniki qərar" əsasında əsaslı təmir edilərək, vaqonların istismar müddətinin artırılmasına icazə verilib.

Ümumiyyətlə vaqonlarının istismar müddəti 32 ildir. 1984-cü ilə qədər istehsal olunan neft və neft məhsulu daşıyan çən vaqonlarının istismar müddəti artıq başa çatıb. Həmin vaqonlardan 15 ədədi "İnter Qaz Servis" MMC tərəfindən diaqnostika edilərək, istismar müddətinin 5 il artırılması haqqında "Texniki qərar" verilib.

Çən vaqonlar Bakı Vaqon Təmiri Zavodunda əsaslı təmir edilib, vaqonların istismar müddəti 5 il artırılaraq istismara buraxıb.

Vaqonların xarici səthinin neft qalıqlarından xüsusi qurğularla təmizlənməsi və rənglənməsi Şirvan istismar vaqon deposunda həyata keçirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri hörmətli Cavid Qurbanovun tapşırıq və tövsiyələrinə əsasən, istismar müddətini keçmiş daha 500 çən vaqonunun əsaslı təmir olunması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti