...

Kapital Bank “Yay Futbol Düşərgəsi” layihəsinin rəsmi tərəfdaşıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2016 11:07
Kapital Bank Sumqayıt şəhərində 7-12 yaşlı uşaqlar arasında keçiriləcək ənənəvi "Yay Futbol Düşərgəsi" layihəsinin rəsmi tərəfdaşıdır.
Kapital Bank “Yay Futbol Düşərgəsi” layihəsinin rəsmi tərəfdaşıdır

Trend-i buradan izləyin

Bakı. Trend:

Kapital Bank Sumqayıt şəhərində 7-12 yaşlı uşaqlar arasında keçiriləcək ənənəvi "Yay Futbol Düşərgəsi" layihəsinin rəsmi tərəfdaşıdır. Layihə 9 gün müddətində 3 qrup üzrə keçiriləcək. Layihə çərçivəsində Sumqayıt şəhərində və onun ətraflarında yerləşən 52 orta məktəb üzrə 100-dən artıq şagird iştirak edəcək.

Layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, onlar arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gəncləri sağlama həyata yönləndirməkdir.

Qeyd edək ki, layihə Kapital Bank-la yanaşı, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Azərikimya İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə keçirilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti