...

Maliyyə Nazirliyinin manat istiqrazları üzrə hərrac keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2016 18:11 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

5 iyul tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 20 milyon manat dəyərində qısamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bu barədə Trend BFB-yə istinadən məlumat verir.

Hər birinin nominal dəyəri 100 manat və tədavül müddəti 91 gün olan 200 min istiqraz hərraca çıxarılacaq. İstiqazların ödəmə müddəti 2016-cı il 4 oktyabr tarixinə qədərdir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.

Maliyyyə Nazirliyinin dövlət istiqrazlarının buraxılışının anderrayteri "Paşa Capital" investisiya şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti