...

İnvestorlar Maliyyə Nazirliyinin 20 mln. manat dəyərində istiqrazlarını alıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2016 18:36 (UTC +04:00)

Bakı. Trend:

Avqustun 2-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0101007513 ISIN kodlu, 91 gün tədavül müddətli, 20 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Birjadan Trend-ə verilən məlumata görə, hərrac zamanı 5 investor tərəfindən 16 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 35,410,000.00 AZN təşkil edib.

Sifarişlər 96.4427 AZN (14.9999%) və 98.1694 AZN (7.5832%) qiymət intervalında təqdim edilib.

Hərrac zamanı toplanmış sifarişlər üzrə kəsmə qiymət 97.3638 AZN (11.0108%), orta ölçülmüş qiymət 97.9626 AZN (8.4577%) səviyyəsində Emitent tərəfindən müəyyən edilib.

Hərrəcın yekunları üzrə, istiqrazların nominal qiymətlə reallaşdırılmış həcmi 15 186 300 AZN təşkil edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 03.08.2016 (t+1) tarixində həyata keçiriləcək.

İstiqrazların ödəmə tarixi 01.11.2016-cı ildir.
İstiqrazların tədavül müddəti – 91 gündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti