...

Azər Türk Bankın daha bir şöbəsi müştərilərin xidmətinə verildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2016 15:47 (UTC +04:00)
"Azər Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin xidmət şəbəkəsinə daha bir şöbə əlavə olunub.
Azər Türk Bankın daha bir şöbəsi müştərilərin xidmətinə verildi

Bakı. Trend:

“Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin xidmət şəbəkəsinə daha bir şöbə əlavə olunub. Bankdan Trend-ə verilən məlumata görə, avqust ayının 4-də Bankın Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən 2 saylı şöbəsinin açılışı olub. Azər Türk Bankın inkişaf strategiyasına uyğun olaraq yaradılmış yeni şöbə həftəiçi hər gün saat 09:30-dan 17:00-a qədər müştərilərin xidmətindədir. Burada müştərilərin fiziki və hüquqi şəxslərə bank hesablarının açılması, fiziki şəxslərə depozit hesablarının açılması, valyuta mübadilə əməliyyatlarının həyata keçirilməsi, nağdsız pul köçürmələri, ölkədaxili sürətli pul köçürmələri, şəxsi hesabdan nəğd vəsaitin çıxarılması, hökümət ödəniş portalı üzrə əməliyatların, alqı-satqı əməliyyatlarının aparılması kimi xidmətlərdən istifadə etməsi mümkündür. Müştərilər həmçinin 2 saylı şöbəyə müraciət etməklə Azər Türk Bankın müxtəlif çeşidli ödəmə kartlarını sifariş verə bilərlər.

Xatırladaq ki, cari ilin avqust ayının 1-də Azər Türk Bankın Şirvan şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsi 33 ünvanında “Şirvan” filialının açılışı keçirilib.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti