...

İqtisadiyyat naziri Sabirabadda vətəndaşları qəbul edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2016 15:06 (UTC +04:00)
Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Sabirabadda Şirvan, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.
İqtisadiyyat naziri Sabirabadda vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Sabirabadda Şirvan, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda 40-a yaxın vətəndaş müraciət edib.

Vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra müraciətlər yerindəcə həllini tapıb, qaldırılan digər mәsәlәlәrin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün konkret tapşırıqlar verilib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər üzrə müraciətlərin icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal sahələrinin yaradılması və mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi, müvəkkil kredit təşkilatı kimi Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq, ailə təsərrüfatlarının təşkili, ixracın dəstəklənməsi, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatına kredit limitinin ayrılması, sosial və s. məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbula gələn sahibkarlarla müzakirələr aparılıb, onların istixana, cins heyvandarlıq, əkinçilik, ailə fermer təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələrinin dəstəklənməsi və güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Sahibkarlar özəl sektorun inkişafı istiqamətində həyata keçirilən kompleks islahatlardan - lisenziyalaşdırma sisteminin sadələşdirilməsi, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, gömrük prosedurunun sadələşdirilməsi, investisiya təşviqi sənədinin tətbiqi və s. tədbirlərdən razılıqlarını ifadə ediblər.

Digər rayonlardan gəlmiş vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun tədbirlər görülüb.

Qəbula gələn vətəndaşlar onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.

Qəbul çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayev güzəştli kreditlər hesabına reallaşdırılan “Sabirabad Konserv Zavodu” ASC-nin, “Sabirabad” istixana kompleksinin və digər ixracyönümlü layihələrin icrası ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti