...

NIKOIL | Bank növbəti xeyriyyə aksiyasını keçirdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2016 19:38 (UTC +04:00)

Bakı. Trend:

Qurban bayramı ərəfəsində "NİKOYL" İKB ASC-nin kollektivi "Azərbaycan Qızıl Aypara" cəmiyyətinin Nəsimi rayonunda yerləşən nümayəndəliyində növbəti xeyriyyə aksiyasını keçirib.

Bankdan Trend-ə verilən məlumata görə,"NİKOYL" İKB ASC-nin kollektivi 50-ə yaxın aztəminatlı ailəni müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

Aztəminatlı ailələrin siyahısı "Azərbaycan Qızıl Aypara" cəmiyyəti tərəfindən təqdim edilib və nəticədə hər bir ailə "NİKOYL" bankın kollektivi tərəfindən bayram payı ilə təmin edilib.

Bu gün NIKOIL Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Məqalədə:
Xəbər lenti

Xəbər lenti