Bakı. Ənvər Məmmədov – Trend:
Azərbaycanda yeni özəlləşdirmə proqramı çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsində keçirilmiş ilk hərrac zamanı 36 dövlət əmlakı satılıb.
Trend-in məlumatına görə, nəticədə ölkənin dövlət büdcəsinə 1,8 milyon manat köçürülüb.
Hərracda Bakıdan başqa, Şəki, Gəncə, Sumqayıtdan olan investorlar iştirak ediblər.
20 dövlət müəssisəsindən və obyektindən 15-i Bakıda, qalan 5-i isə ölkənin digər şəhər və bölgələrində yerləşir.