...

“Saxo Bank” istiqraz ticarəti üçün ilk rəqəmsal həlli istifadəyə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2016 15:19 (UTC +04:00)
Kompleksli online-ticarət və investisiyalar üzrə ekspert sayılan "Saxo Bank" korporativ və dövlət istiqrazları üçün ilk rəqəmsal həlli buraxdığını elan edib.
“Saxo Bank” istiqraz ticarəti üçün ilk rəqəmsal həlli istifadəyə verib

Bakı. Trend:

Kompleksli online-ticarət və investisiyalar üzrə ekspert sayılan "Saxo Bank" korporativ və dövlət istiqrazları üçün ilk rəqəmsal həlli buraxdığını elan edib. "Saxo Bank" müştərilərinə 20 fərqli valyutadan istifadə edərək bütün dünyadan investisiya səviyyəli 5 000-dən çox yüksək gəlirli korporativ və dövlət istiqrazları ilə ticarət etmək şansını təklif edəcək.

Aktivlərin geniş çeşidinə sahib həll “SaxoTraderGO” ticarət platformasına oktyabrda yerləşdiriləcək.

“Saxo Bank”ın texnologiya ekspertizası və bankın istiqraz bazarlarında 40 ən böyük likvidlik tədarükçüsü ilə tərəfdaşlığı pərakəndə və institusional müştərilərə müəyyən gəlirli qiymətli kağızlarla daha şəffaf, əlverişli və effektiv ticarət etmək imkanı yaradacaq. Sözügedən həll istiqraz ticarəti sahəsində inqilab edəcək: hazırda qiymət təyin etmək üçün sorğu əl ilə məhdud sayda, bəzən isə yeganə banka göndərilir. Bu prosedur qeyri-effektivdir, belə ki, bazarda mövcud olan likvidliyin dərinliyini və qiymətlər diapazonunu istifadə etmir.

İstiqrazların ticarəti üçün nəzərdə tutulmuş “Saxo Bank”ın rəqəmsal həlli dünya istiqraz bazarı ilə birbaşa, rəqabətqabiliyyətli, şəffaf və effektiv şəkildə əlaqə yaratmağa imkan verir. İstiqraz üzrə hər sorğu istiqraz bazarında 40-a yaxın ən böyük likvidlik tədarükçüsünün iştirak etdiyi dillerlərin hərracına göndərilir. Hazırlanmış texnologiya sayəsində bəzi ticarət sövdələşmələri bir neçə saniyə ərzində yerinə yetirilir. Daha önəmlisi isə çoxsaylı dillerlər arasında yüksək rəqabət şəraitində müştərilər əhəmiyyətli həcmdə pula qənaət edə bilərlər. “Saxo Bank”dan tam rəqəmsal genişmiqyaslı həll müştərilərə korporativ istiqrazlar üzrə qiyməti orta hesabla 30, dövlət istiqrazları üzrə isə 5-10 bazis bəndi yaxşılaşdırmağa imkan yaradır.

İri institusional investorlar artıq bir müddətdir ki, likvidli dövlət və korporativ istiqrazların elektron ticarətinə çıxış əldə ediblər. Lakin investorların böyük hissəsi istiqrazların elektron ticarətindən faydalana bilmir. “Saxo Bank” bu vəziyyəti dəyişmək və effektiv ticarətə çıxışı müstəqilləşdirmək niyyətindədir.

Yeniliyi şərh edən “Saxo Bank”ın baş direktoru və həmtəsisçisi Kim Furne bildirib: “İstiqraz bazarından dəyişikliklərə daha açıq bazar təsəvvür etmək çətindir. İnternet erasında telefon vasitəsi ilə həyata keçirilən ticarət əsaslı dəyişikliklərin edilməsinə çağırışdır. İnvestorlar özlərinə sual verməlidirlər ki, onlar yeganə bankdan şərti qiymətlə ticarət etmək və ya ən iri dünya bankları daxil 40-dan çox dünya istiqraz tədarükçüsündən ən yaxşı qiyməti öyrənmək istəyirlər? Müştərilərə istiqrazlarla daha effektiv şəkildə ticarət etmək imkanı yaradaraq “Saxo Bank” bütün tarixi boyu həyata keçirdiyi investisiyaların və ticarətin müstəqilləşməsi missiyasını davam edir. Həmçinin institutlar və pərakəndə investorlar arasında maliyyə bazarlarına eyni çıxış imkanı yaratmağa çalışırıq".

“Saxo Bank”ın müəyyən olunmuş gəlirli qiymətli kağızların ticarəti şöbəsinin rəhbəri Saymon Fasdal isə qeyd edib: “Fəxr edirəm ki, “Saxo Bank”ın ticarət və investisiyalar müstəqilləşməsi tarixində növbəti addım istiqrazların həqiqətən rəqəmsal ticarətinə keçid oldu. İstiqrazların elektron ticarəti məsələsini həll etməyə çalışan xeyli tədarükçülər uğursuzluqla qarşılaşdılar, çünki parçalanmış bazarda səhm ticarəti modelini təkrarlamağa çalışaraq və likvidlik və təxmini qiymətlərlə problemləri nəzərə almayaraq səhv yanaşma seçdilər. Digərləri isə rəqəmsal interfeysə sahib olaraq sorğuları əl ilə emal etməyə davam etdilər və tam rəqamsal qiymətin yaradılmasına keçmədilər. İstiqrazlarla da səhmlər kimi ticarət etməyə imkan yaradan interfeys hazırladıq və əməliyyatların yerinə yetirilmə sürəti və şəffaflığını təmin etdik. Həmçinin daha çətin parçalanmış istiqraz bazarlarının öhdəsindən asanlıqla gəlmək üçün texnologiyalar təklif etdik. Müştərilərin ehtiyacları və mütəmadi tələblər şəffaflığın əhəmiyyətini göstərir. Yeni təklif sayəsində müştəriləri tam şəffaflıq ilə təmin etdiyimiz üçün komissiya alacayıq. Bu isə sahədə istifadə olunan spredlərə əsaslanmış və müştərilər üçün hər zaman şəffaf şəkildə qiymət təyin olmasını təmin etməyən standart sistemdən fərqlidir”.

Daha ətraflı məlumat üçün: http://ru.saxobank.com/bonds-online/

“Saxo Bank Group” (“Saxo”) şirkətlər qrupu özəl investor və korporativ müştərilərə investisiyalar, ticarət texnologiyaları, maliyyə alətləri və strategiyaların tam spektrini təklif edərək kompleksli onlayn ticarət və investisiyalar sahəsinin aparıcı mütəxəssisidir. 25 ilə yaxındır ki, öz texnologiyası və təcrübəsi sayəsində “Saxo Bank” özəl investor və institutlara peşəkar investisiya alətləri və bazarlarına çıxış yaradır. Tam lisenziyalı və idarə olunan bank kimi “Saxo Bank” özəl müştərilərinə dünya maliyyə bazarlarında müxtəlif cihazlar ilə yeganə marjinal hesab vasitəsi ilə aktivlərin geniş spektrilə ticarət etmək imkanını yaradır. Bununla yanaşı, “Saxo Bank” institusional müştərilərə, məsələn, banklara və yaxud multi-aktiv icrası ilə brokerlərə praym-broker xidmətləri və ticarət texnologiyaları təklif edir. “Saxo Bank”ın mükafata layiq görülmüş ticarət platformaları 20-dən çox dildə mövcuddur. Onlar bütün dünyada 100-dən artıq maliyyə institutunun texniki infrastruktur təməlini təşkil edir. “Saxo Bank”ın əsası 1992-ci ildə qoyulub və bankın mərkəzi ofisi Kopenhagen şəhərində yerləşir. Bankın London, Sinqapur, Paris, Sürix, Dubay və Tokio kimi dünya maliyyə mərkəzləri daxil ümumilikdə 1 500-dən çox işçisi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti