...

AGBank-dan yeni əmanət növü ilə daha çox qazanmaq imkanı

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2016 16:03 (UTC +04:00)

Bakı. Trend:

Ölkənin aparıcı banklarından "AGBank” ASC yüksək gəlir əldə etmək və vəsaitlərini etibarlı şəkildə qorumaq istəyən şəxslər üçün yeni əmanət növünü təklif edir.

Bankdan Trend-ə verilən məlumata görə,Belə ki, bank “yüksək gəlir” adlı əmanət növü ilə fiziki şəxslərin manatla yerləşdirilən müddətli əmanətlərinə daha yüksək faiz dərəcəsi tətbiq edir.

Yeni əmanət növünün faiz dərəcəsi 18 %-dir və bank sizə minimum 12 ay, maksimum 24 ay müddətlə 100 AZN-dən başlayaraq istədiyiniz məbləğdə depozit yerləşdirmək imkanı verir. Eyni zamanda müştərinin istəyi ilə əmanət üzrə faizlərin ödənişi üçün pulsuz Maestro (Deposit) kartı və ya əmanətin məbləğindən asılı olaraq pulsuz plastik kart rəsmiləşdirilir.

AGBank-a qoyulmuş depozitlər, Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə uyğun olaraq sığortalanır. Qeyd edək ki, 2016-cı il fevralın 1-dən etibarən 3 il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilir.

AGBank-ın “135” Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.

AGBank - zəngin olmaq haqqınızdır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti