...

"Bank Standard" bağlandı, "Standard Sığorta" bağlanmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2016 19:27 (UTC +04:00)
"Bank Standard"ın bağlanması, "Standard Sığorta" şirkətinin bağlanmasına səbəb olmayacaq.
"Bank Standard" bağlandı, "Standard Sığorta" bağlanmayacaq

Bakı. Azad Həsənli - Trend:

"Bank Standard"ın bağlanması, "Standard Sığorta" şirkətinin bağlanmasına səbəb olmayacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirilən mətbuat konfransında deyib.

"Bank Standard"ın lisenziyası ləğv olundu

"Bank Standard"ın lisenziyası ləğv olundu

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"ın lisenziyasını geri çağırıb. 30 sentyabr 2016-cı il tarixli qərara əsasən “Bank Standard” kommersiya bankının lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti