...

Aydın Əliyev gələn ilin proqnozlarından danışdı (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2016 11:14 (UTC +04:00)
Gələn il gömrük rüsumları və vergiləri üzrə daxilolmaların proqnozu 2,2 milyard manat həcmindədir.
Aydın Əliyev gələn ilin proqnozlarından danışdı (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Dövlət Gömrük Komitəsi (DGK) 2017-ci il dövlət büdcəsinə daxilolmalar üzrə proqnozu yerinə yetirmək iqtidarındadır.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə DGK-nın sədri Aydın Əliyev deyib.

A.Əliyev qeyd edib: "Gömrük orqanları üçün daxilolmalar üzrə proqnozun 2,2 milyard manatadək artırılmasına baxmayaraq, ümid edirik ki, onu tam icra edəcəyik".

Onun sözlərinə görə, DGK cari ilin oktyabrın 1-nə dövlət büdcəsinə daxilolmaları 1,653 milyard manat səviyyəsində təmin edib ki, bu da proqnozu 20 faizdən çox üstələyir.

Gələn il gömrük rüsumları və vergiləri üzrə daxilolmaların proqnozu 2,2 milyard manat həcmindədir. Bu, cari ilin gözləntilərini 21,5 faiz ötür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti