...

"Forbes" Azərbaycanın müasir Ələt limanı haqqında süjet hazırlayıb (VİDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2016 11:28 (UTC +04:00)
Yüklərin böyük hissəsi Çin, Mərkəzi Asiya və Avropa arasında daşınacaq.
"Forbes" Azərbaycanın müasir Ələt limanı haqqında süjet hazırlayıb (VİDEO)

Bakı. Elmira Tariverdiyeva – Trend:

Ələt qəsəbəsində yerləşən yeni Bakı limanı regionun dəyişən nəqliyyat sxemində mühüm hissə və inkişaf edən Yeni İpək Yolunun mərkəzində istehsalat mərkəzi olacaq.

Trend-in məlumatına görə, bu barədə "Forbes"in videosüjetində deyilir.

Qeyd olunur ki, liman Qazaxıstandan Avropaya, Rusiyadan İrana iki mühüm nəqliyyat dəhlizinin kəsişməsində yerləşir. Bildirilir ki, yeni Bakı limanının sahəsi 20 kvadrat kilometrdir və gələcəkdə burada azad ticarət zonası yaradılacaq.

Gələcəkdə limanda yükaşırmaları il ərzində 25 milyon ton olacaq və bir milyona yaxın konteyner daşınması mümkün olacaq.

Bildirilib ki, limanın birinci fazasının tikintisi 2017-ci ilə qədər tamamlanacaq və yükaşırma qabiliyyəti 11,5 milyon tona çatdırılacaq.

Yüklərin böyük hissəsi Çin, Mərkəzi Asiya və Avropa arasında daşınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti