Bakı. Azad Həsənli - Trend:
"Aqrarkredit" qeyri-bank kredit təşkilatı Rusiyanın "Non-Stop-Prodakşn" kinoşirkətinin səhmlərinin 49 faizini alıb. Trend bu barədə Rusiya KİV-ə istinadən məlumat verir.
"Moody’s" reytinq agentliyinin məlumatına görə, "Aqrarkredit" "MBA-Moskva"nın problemli aktivlərinin 417,8 milyon dollara (təxminən 26,3 milyard rubl) alıb.
"MBA-Moskva" bankı 2002-ci ildə yaradılıb və Azərbaycan Beynəlxalq Bankının törəmə strukturudur.