...

Bank PR menecerləri üçün təlim keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2016 17:37 (UTC +04:00)
“Bank sektorunda PR” və “Böhran kommunikasiyası” mövzusunda növbəti təlim keçirilib.
Bank PR menecerləri üçün təlim keçirilib (FOTO)

Bakı. Trend:

Bakıda “World Business Centre”də “Baku School of Public Relations” şirkətinin və “Azerbaijan Public Relations Association” - APRA-nın təşkilatçılığı ilə nank sektorunda çalışan ictimaiyyətlə əlaqələr (PR) mütəxəssisləri üçün “Bank sektorunda PR” və “Böhran kommunikasiyası” mövzusunda növbəti təlim keçirilib.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankının mətbuat katibi, PR üzrə mütəxəssis Namiq Əliyev və “Alibayov Kommunikasiya & Konsaltinq Şirkəti”nin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (Fransa) Ekspertlər Şurasının üzvü, PR üzrə tanınmış mütəxəssis Vəli Əlibəyov tərəfindən aparılan təlim proqramı kommunikasiya və ictimaiyyətlə əlqələr üzrə mütəxəssislər tərəfindən maraqla qarşılandı.

İki gün davam edən təlimdə PR mütəxəssislərin bu sahədə fikir mübadiləsi aparıldı, bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübə ilə bağlı məlumatlar verildi. Təlimin ilk günü Mərkəzi Bankın mətbuat katibi N.Əliyev ictimaiyyətlə əlaqələr, media ilə əlaqələr - əsas anlayışlar, müasir yanaşmalar, mətbuat xidməti necə olmalı, kommunikasiya əsrinin KİV-i: qəzetlər, jurnallar, internet, televiziya, radio, hədəf auditoriyalara görə informasiya kanallarının seçimi, hədəf auditoriyalar üçün nəzərdə tutulmuş məlumatların klassik və müasir çatdırılma yolları, mətbuat xidməti və KİV mövzuları barəsində ətraflı məlumat verdi.

Təlimin növbəti günü PR üzrə tanınmış mütəxəssis V.Əlibəyov banklarda böhran kommunikasiyası və onları həlli yolları mövzusunda maraqlı təqdimat etdi.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edildi və xatirə şəkili çəkildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti