...

Azərbaycanlı sahibkarların BƏƏ-yə yola düşəcəyi vaxt məlum oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2016 08:09 (UTC +04:00)
Missiyanın tərkibi konkurs əsasında formalaşdırılacaq.
Azərbaycanlı sahibkarların BƏƏ-yə yola düşəcəyi vaxt məlum oldu

Bakı. Trend:

Azərbaycanlı sahibkarların ixrac missiyası 27-30 noyabrda Dubayda olacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər .

Məlumata görə, missiyanın tərkibi konkurs əsasında formalaşdırılacaq və mineral su, meyvə şirələri, süd və süd məhsulları, bal, meyvə, tərəvəz, ət və ət məhsulları istehsalı ilə məşğul olan şirkətlər daxil ediləcək.

Bu, sahibkarlar üçün təşkil olunan ikinci ixrac missiyasıdır. 12 sahibkardan ibarət ilk missiya şərab və spirtli içkilər sərgisində iştirak etmək üçün Çinə yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti