...

Azad ticarət zonası 2017-ci ildə işə başlaya bilər (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2016 14:18 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda Azad ticarət zonası 2017-ci ilin birinci yarısında işə başlaya bilər.

Trend-in məlumatına görə, bu sözləri jurnalistlərə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə, azad ticarət zonasında liman ərazisində sənaye klasterləri yaradılacaq. Bunlar əsas etibarilə yüngül sənaye sahələrini əhatə edəcək.

Hazırda azad ticarət zonasının yaradılması üçün hüquqi rejimin formalaşdırlması prosesi gedir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 17 mart tarixli Sərəncamı ilə yeni Bakı Limanı (Ələt terminalı) və ətrafında azad ticarət zonasının yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Yeni Bakı Limanı ətrafında nəqliyyat və logistika infrastrukturunun qurulması, neft-kimya və əczaçılıq sahələrinin yaradılması, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlərin həyata keçirilməsi planlaşdırılır. 2017-ci ildən ATZ-in tam olaraq fəaliyyətə başlaması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti