"Sahibkar öz konstitusiya borcunun həyata keçirilməsi üçün dövlətdən əvəz ummamalıdır" (MÜSAHİBƏ)

"Sahibkar öz konstitusiya borcunun həyata keçirilməsi üçün dövlətdən əvəz ummamalıdır" (MÜSAHİBƏ)

Bakı. Trend:

Dekabr ayından Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentində "Şəffaf vergi partnyorluğu" idarələri fəaliyyətə başlayıb. Trend vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri İlkin Vəliyevin mövzu ilə bağlı müsahibəsini təqdim edir.

- "Şəffaf vergi partnyorluğu" idarələrinin yaradılması zərurəti nə ilə bağlıdır?

- Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri ölkəmizdə qeyri-neft sektorunun inkişafı, əlverişli biznes mühitinin yaradılması, ölkə iqtisadiyyatının lokomotivi hesab olunan sahibkarlığa geniş dövlət dəstəyinin görtərilməsidir. Bu siyasətin tərkib hissəsi olan vergi siyasəti də sahibkarlığın inkişafının dəstəklənməsinə, biznesin və vergi ödəyicilərinin fəaliyyətinin stimullaşdırılmasına, bütövlükdə ölkədə vergi mədəniyyətinin formalaşmasına istiqamətlənmişdir.

Ölkə Prezidentinin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" sərəncamı vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması məqsədilə vergi sistemində islahatların davam etdirilməsini, ölkədə könüllü əməl­etmə səviyyəsinin yüksəldilməsinə nail olunmasını nəzərdə tutur.

Vergi sisteminin əsas subyektlərindən olan vergi ödəyicisi və vergi orqanı arasında qarşılıqlı etimada və əməkdaşlığa söykənən münasibətlərin formalaşması vergilərin məcburi ödənilməsindən könüllü ödənilməsinə keçidin əsas şərtlərindən biri hesab olunur. Könüllü əməletmə səviyyəsinin artırılması isə ilk növbədə vergi ödəyicilərinə geniş spektrli xidmətlərin formalaşdırılması, vergilərin hesablanması və ödənilməsi sisteminin sadələşdirilməsi, vergi ödəyiciləri və vergi orqanları arasında əlaqələrin daha da təkmilləşdirilməsi ilə bilavasitə bağlıdır. Təsadüfi deyil ki, son illər Vergilər Nazirliyi könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib. Hazırda vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin sayı 63-ə çatdırılıb, vergi orqanlarına göndərilən bəyannamələrin 90%-dən çoxu elektron formada təqdim olunur. Vergi bəyannamələrinin könüllü təqdim edilməsi göstəriciləri hər il daha da yaxşılaşır və müxtəlif vergilərdən asılı olaraq 75-85 faiz arasında dəyişir.

Vergilər Nazirliyinin könüllü əməletmə səviyyəsinin artırılması yönündə həyata keçirdiyi mühüm tədbirlərdən biri də vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin partnyorluq müstəvisinə keçirilməsidir. Bu sahədə son illər əhəmiyyətli işlər görülüb. "Şəffaf vergi partnyorluğu" idarələrinin yaradılması tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində təzə bir yanaşmadır. Bu, ilk növbədə, intizamlı vergi ödəyiciləri ilə işin aparılmasını nəzərdə tutan bir sistemdir. Vergi öhdəliklərini vaxtında yerinə yetirən ödəyicilərə xüsusi münasibətin göstərilməsi beynəlxalq praktikada geniş yayılmış təcrübədir. İntizamlı vergi ödəyicilərinə xidmət vergi öhdəliyini yerinə yetirməyən, problemli ödəyicidən, əlbəttə ki, fərqlənməlidir.

- Niyə məhz "Yaşıl dəhliz"? Bu "Şəffaf vergi partnyorluğu" idarələrinin ödəyicilərinə xüsusi xidmət olunacağına işarədir?

- Beynəlxalq təcrübədə bir qayda olaraq "Yaşıl dəhliz" məhfumundan şəffaflıq və sadələşdirmə simvolu kimi istifadə olunur. Yeni idarələrdə, sözün əsl mənasında, ayrıca "yaşıl dəhliz" yaradılacaq. "Şəffaf vergi partnyorluğu" idarələrinin qeydiyyatında olan ödəyicilərə növbədənkənar xidmət ediləcək. Bundan başqa, belə ödəyicilər üçün vergi əməkdaşlarından xüsusi kuratorlar təhkim ediləcək. Onların vergi sahəsində hər hansı çətinliyi yaranarsa, sualı meydana çıxarsa, hansısa ziddiyyətli bir məsələ qalxarsa, onlar öz kuratorlarına müraciət etmək imkanı olacaqlar. Belə ödəyicilərə çevik xidmət göstəriləcək, bütün məsələlərin operativ şəkildə həllinə nail olunacaq. Məsələn, əlbəəl çatdırılmalı olan sənədlər vergi orqanı tərəfindən ödəyiciyə birbaşa təqdim ediləcək, onlara ünvanlı xidmətlər göstəriləcək. Vergi ödəyicisinin uçot məlumatlarında hər hansı uyğunsuzluq aşkar edilərsə, təhkim olunmuş kurator dərhal vergi ödəyicisi ilə əlaqə saxlayaraq onu məlumatlandıracaq, onunla birlikdə ortaya çıxmış məsələni müzakirə edəcək və onun çətinliklərini aradan qaldırmağa çalışacaq. Yəni belə ödəyicilərin öhdəliklərini davamlı olaraq yerinə yetirilməsinə kömək etmək üçün vergi orqanı həmişə onların yanında olacaqdır.

- "Yaşıl dəhliz"dən istifadə edə biləcək vergi ödəyiciləri hansı meyarlara əsasən seçilir? Onlar intizamlı vergi ödəyiciləridir, yoxsa böyük həcmdə vergi öhdəlikləri yerinə yetirən ödəyicilərdir?

- Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş meyarlar əsasında müəyyən ediləcək. Əlbəttə, vergi ödəyicisinin çox və ya az vergi ödəməsi onun intizamlı olmasının göstəricisi deyil.

Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri, ilk növbədə, vergi öhdəliklərini vaxtında yerinə yetirən, vergilərini tam həcmdə ödəyən, işçi heyətinin sayını və faktiki əmək haqlarını düzgün bəyan edən, mühasibat uşotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun olaraq aparan, riskli vergi ödəyiciləri ilə əməliyyatlar aparmayan, son 3 il ərzində iqtisadi sahədə cinayət təqibinə məruz qalmamış ödəyicilərdir.

- Ölkəmizdə belə meyarlara cavab verən vergi ödəyicilərinin sayı təxminən nə qədərdir? Gələcəkdə regional vergi orqanlarında da belə idarələrin yaradılması nəzərdə tutulurmu?

- Vergi orqanlarında yaradılmış Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) texniki imkanları bizə vergi ödəyicilərinin əməliyyatları üzrə 300-dən yuxarı çarpaz təhlil aparmağa və beləliklə, onun fəaliyyətinə tam şəkildə nəzarət etməyə imkan verir. İntizamlı vergi ödəyicisinin müəyyənləşdirilməsi zamanı onlar bu təhlillərin süzgəcindən keçir və biz belə ödəyiciləri mövcud meyarlar üzrə yoxladıqdan sonra müəyyən edirik. İlkin mərhələdə Bakı şəhərində belə tələblərə cavab verən ödəyicilərin sayı 400-ə yaxındır.

Regionlara gəlincə, belə qu­rumların yaradılması ilə bağlı təkliflərin hazırlanması üzərində iş gedir və yaxın vaxtlarda həmin təkliflər də müzakirə olunacaqdır.

- Vergi ödəyicisinin "Şəffaf vergi partnyorluğu" idarəsinin xidmətlərindən istifadə etməsinin faydası nədir? Yəni sahibkarın intizamlı vergi ödəyiciləri sırasına qoşulması ona konkret nə verəcək?

- Hər şeydən öncə, yaddan çıxarmayaq ki, vergi öhdəliyini vaxtında və tam həcmdə ödəmək hər kəsin konstitusiya ilə müəyyən olunmuş vəzifəsidir. Yəni sahibkar öz konstitusiya borcunun həyata keçirilməsi üçün dövlətdən əvəz ummamalıdır.

Ayrı bir məsələdir ki, öz borcunu anlayan, onu vicdanla həyata keçirən vergi ödəyicisinin daha yüksək keyfiyyətli xidmət əldə etməyə, fərdi yanaşmaya əsaslanan yüksək münasibət gözləməyə haqqı var.

"Şəffaf vergi partnyorluğu" idarəsinin qeydiyyata alınacaq vergi ödəyiciləri məhz yüksək səviyyəli xidmət əldə edəcəklər. Buraya, ilk növbədə, vaxt itkisinə yol verilməməsi, qəfil yoxlama və ya vergi nəzarəti tədbirləri ilə üzləşməməsi, sabit vergi planlaması apara bilməsi, vergilərlə bağlı yaranmış çətinliklərinin onunla razılaşdırılmış qaydada həll edilməsi və s. daxildir.

Vergi orqanı belə ödəyicilərin vergitutma ilə bağlı müraciətlərinin prioritet olaraq cavablandırılması, təqdim etdikləri bəyannamələrlə bağlı hər hansı uyğunsuzluq və ya sual yaradan məqam olduğu halda həmin vergi ödəyicilərinin və ya onların nümayəndələrinin iştirakı ilə belə halların qısa müddətdə aradan qaldırılması, onlara ünvanlı xidmətlərin göstərilməsi, onların vergi qanunvericiliyində baş vermiş dəyişikliklərlə bağlı dərhal məlumatlandırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin birgə müzakirə edilməsi və digər istiqamətlərdə vəzifələri həyata keçirəcəkdir.

Mühüm faydalardan biri kimi bunu da göstərmək olar ki, şəffaf vergi partnyorluğu strukturları tərəfindən xidmət edilən vergi ödəyicilərinin fəaliyyəti üzrə vergi xidmətinin digər strukturları tərəfindən aparılan vergi nəzarəti tədbirləri həmin idarələrlə razılaşdırılacaq və əlaqələndiriləcəkdir. Yəni bu idarə ilə razılaşdırılmamış hər hansı nəzarət tədbiri aparılmayacaqdır.

Şəffaf vergi partnyorluğu idarələrində qeydiyyatda olan ödəyicilərə təhkim olunmuş kuratorlar isə bir növ ödəyicinin çətinliklərinin aradan qaldırılmasında yardımçı rolunda çıxış edəcəklər.

Yeri gəlmişkən, intizamlı vergi ödəyicisi onunla çalışan kontragentlər üçün də vacib tərəfdaşdır. Çünki şəffaf partnyor olmaq hər bir biznes subyektinin etimad və etibarının göstəricisi olacaqdır.

Dövlət qarşısında öhdəliklərini yerinə yetirən intizamlı vergi ödəyiciləri üçün yaradılan bu şərait onların vergi öhdəliklərini rahat və tez həyata keçirməsinə, yarana biləcək çətinlikləri və problemləri vergi orqanları ilə birgə dərhal aradan qaldırmasına imkan verəcək və digər vergi ödəyicilərinin də vergi öhdəliklərini vaxtında həyata keçirməyə və intizamlı ödəyicilər sırasına qatılmasını stimullaşdıracaqdır.

- Vergilər Nazirliyinin vergi ödəyiciləri ilə partnyorluq və tərəfdaşlıq münasibətlərinin qurulması siyasətini genişləndirmək planları varmı?

- Ölkə Prezidentinin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" sərəncamında təsdiq edilmiş mühüm istiqamətlər sırasında vergi orqanları ilə vergi ödəyiciləri arasında partnyorluq münasibətlərinin daha da genişləndirilməsi və şəffaflığının artırılması, eləcə də intizamlı vergi ödəyiciləri ilə münasibətlərin daha yüksək səviyyəyə çatdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Qarşıdakı dövrdə bununla bağlı vergi ödəyiciləri üçün bir sıra yeni layihələr də həyata keçiriləcək. "Könüllü vergi açıqlaması" (Voluntary tax disclosnre), "vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması" (Advance tax ruling) və s. kimi müasir institutların vergi qanunvericiliyinə gətirilməsi üzrə işlər aparılır.

Vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi ("Advance tax ruling") sistemi inkişaf etmiş ölkələrdə istər fərdi vergi ödəyiciləri, istərsə də iri şirkətlər üçün geniş istifadə edilən alətlərdəndir. Bu zaman vergi ödəyicilərinin müraciəti əsasında vergi orqanları qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin vergi ödəyicisinin əməliyyatları üzrə yarana biləcək vergi öhdəliyi barədə məlumat hazırlayaraq ona təqdim edirlər.

Sahibkarların hər hansı səbəbdən vergi öhdəliklərini düzgün müəyyən etməməsi nəticəsində Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur. Yəni həmin şəxsə maliyyə sanksiyaları və faizlər hesablanır və o, maliyyə sanksiyaları və faizləri ödəməklə dövriyyə vəsaitindən səmərəli istifadə edə bilmir, nəticədə ciddi maliyyə itkiləri ilə üzləşir. Belə halların qarşısının alınmasına kömək edən üsullardan biri də vergi ödəyiciləri tərəfindən aparılması planlaşdırılan əməliyyatlar üzrə vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizminin hazırlanmasıdır.

Vergi öhdəliklərinin hüquqi nəticələr doğurmadan vergi orqanları ilə razılaşdırılması qaydasının müəyyən edilməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər layihəsi hazırlanıb və təqdim edilib.

Bundan başqa, hər bir vergi ödəyicisinə öz səhvlərini könüllü açıqlamaq şansı da veriləcəkdir. Könüllü vergi açıqlaması, vergi yoxlaması üçün qanunla müəyyən edilmiş müddət bitdikdən sonra, yoxlama zamanı aşkar olunmamış səhvlərin könüllü bəyan edilməsini nəzərdə tutur. Bununla da vergi ödəyicisinin dəqiqləşmiş bəyannamə vermək hüququ yaranacaq və həmin bəyannamə ilə könüllü açıqlanmış vergi məbləğlərinə görə faizlərin hesablanması və maliyyə sanksiyasının tətbiqi istisna ediləcək.

Bütün bunlar vergi ödəyiciləri ilə vergi orqanları arasında münasibətlərin daha şəffaf qurulmasına, vergi ödəyicilərinin hüquqlarının genişlənməsinə, tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə əhəmiyyətli dərəcədə müsbət təsir edəcək.

“AccessBank” “HPе 3PAR” avadanlığına illik dəstək üzrə tender elan edir
“AccessBank” “HPе 3PAR” avadanlığına illik dəstək üzrə tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Loading Bars
Xəbər lenti
Türkiyədə koronavirusdan sağalanların sayı 381 mini keçib
Ermənistan hərbi polisi: Bir çox döyüş iştirakçısı silahlarını təslim etmədi
Prezident İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı olub
Ağdamı Qafqazın Dubayına çevirmək olar
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası aviaşirkətlərin itkiləri barədə
“Vikipediya”nın özbək dili bölməsində Ağdam haqqında məqalə əsaslı redaktə olunub (FOTO)
33 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - Nazirlik
ISESCO-nun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Ermənilər Kəlbəcərin girişindəki "Xoş gəlmisiniz" lövhəsini söküblər
Pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə bağlı inzibati işlərə baxacaq orqanlar müəyyənləşib
Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılıb
Xalq artisti Əjdər Həmidov vəfat edib
Valideynlərini itirmiş uşaqların təhsil haqqını onlar övladlığa götürüldükdə də dövlət ödəyəcək
Gələn il də ölkəmizdə işçi qüvvəsinə olan əsas tələbat yerli əmək ehtiyatları hesabına ödəniləcək
Vergi Məcəlləsində dəyişiklik edilib
“Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişikliklər təsdiqləndi
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib
Publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçiriləcək
Prezidentə yazırlar: Sizin sayənizdə Azərbaycan xalqı tarixə şanlı hərflərlə Qələbə sözünü yazdı
Şuşa şəhərinin havadan videogörüntüsü
Sahibə Qafarova TBMM və AŞPA-nın təşəbbüsü ilə keçirilən beynəlxalq konfransa qatılıb (FOTO)
Azərbaycan üçün qəbulolunan hər bir nəticə Türkiyə üçün də qəbulolunandır - Çavuşoğlu
Məhkəmə İmişlinin keçmiş icra başçısının vəsatətini rədd etdi
Qafqaz ermənilərinə bir neçə söz…
Azərbaycanda 3 646 nəfər COVID-19-a yoluxub, 1 259 nəfər sağalıb, 34 nəfər vəfat edib
Noyabrın 25-də manatın dollara qarşı məzənnəsi
Ermənistanda müdafiə nazirinin daha bir müavini istefa verdi
Bu gün Azərbaycan bütün dünyada tolerantlıq nümunəsidir - Deputat
Bura Çernobıl deyil! Bura Qarabağdır! (VİDEO)
Ermənilərin dəyişdirdiyi tarixi ərazilərimizin adları virtual ensiklopediyada bərpa olunub
Erməni silahlılarının təcavüzü nəticəsində Füzulinin işğal edilməyən hissəsində 11 ev tam dağılıb - KOMİSSİYA
İşğaldan azad olunmuş Ağdamın Abdal və Gülablı kəndləri (VİDEO)
Qarabağda Türkiyə və Rusiya silahlı qüvvələri birgə patrul xidməti həyata keçirəcək - Hulusi Akar
Bərdə - Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrılıb - SƏRƏNCAM
İşğaldan azad edilmiş ərazilərdə Əlaqələndirmə Qərargahı yaradıldı - SƏRƏNCAM
Cəlilabadda koronavirusa yoluxmuş 3 nəfər yaşayış yerini tərk edib
Dağlıq Qarabağla bağlı bütün öhdəliklər icra olunur - Lavrov
Xəzər dənizində zəlzələ olub
53 ictimai iaşə obyektində kobud pozuntular aşkarlanıb (FOTO)
Koronavirusdan sağalmış şəxslər ağır xəstələrə donor ola bilərlər - RƏSMİ
Qubadlı Məşğulluq Mərkəzinin sabiq rəhbərinin məhkəməsi başlayır
Dağlıq Qarabağda tərəflərin maraqları nəzərə alınmaqla tənzimlənmə üçün şərtlər yaranır - Putin
Kiberdələduzlar koronavirus mövzusundan sui-istifadə etməyə davam edir - XƏBƏRDARLIQ
Bitkoinin qiyməti 19 min dolları keçdi
Qaxda karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir (FOTO)
Bakının məşhur bazarı köçürülür (FOTO)
Azərbaycan dili ilə bağlı onlayn tədris və imtahan platforması hazırlanacaq
Azercell-in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə məcburi köçkünlər üçün aksiyada iştirak edib (FOTO)
Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində iştirak edən hərbi qulluqçularının bir qrupu geri qayıdıb (FOTO)
Ermənistanda istefa verən nazirlərin sayı 6-ya çatdı
Ev almaq istəyənlər üçün sərfəli kredit imkanı
Kişiyə hamilə diaqnozu qoyulması xəbərləri ilə bağlı araşdırma aparılıb - TƏBİB
Şuşa yolunun tikintisi davam edir: Torpaq işləri aparılır (FOTO)
İranda koronavirusa yoluxanların sayı 880 mini keçdi
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub
Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
İlahiyyat İnstitutunda onlayn ingilis dili kurslarına start verilib (FOTO)
Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş zərər dəqiqləşdirilir - Orxan Məmmədov
Gürcü ziyalılarının iştirakı ilə Kamal Abdullanın 70 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib
Ermənilər Ağdamın kəndində əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərindən kömək istəyib (VİDEO)
Pandemiya ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr üzrə müddətli əlavələr ödənilib
Dağlıq Qarabağın işğalında iştirak etmiş erməni general ölüb
Çin Aya növbəti missiya göndərib - 2 kiloqram süxur gətirəcək
Coğrafi adlar və alınma sözlərin düzgün yazılışı ilə bağlı standartlar hazırlandı
Ermənistan işğal etdiyi ərazilərdə qədim dini və mədəni irsi tamamilə silməyə çalışıb - Dini konfessiyaların birgə bəyanatı
Qarsda logistika mərkəzinin istismara veriləcəyi tarix açıqlanıb
Ağdamın azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın nəticəsidir - Rauf Əliyev
Sabahın hava proqnozu açıqlanıb
İki gündə evini tərk edən 50-dən çox koronavirus xəstəsi məsuliyyətə cəlb olunub
Müharibə vaxtı Paşinyanın deputatları ABŞ-a qaçmaq istəyib
Ağdamın böyük potensialı - TƏHLİL
Evini tərk edən daha bir COVİD-19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
“PAŞA Həyat”dan şəhid ailələrinə dəstək
AYİB Gəncə üçün Azərbaycana kredit ayırıb
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Rusiyada bir gündə koronavirusdan 500-ə yaxın ölüm qeydə alınıb
Eksternat imtahanlarının vaxtı bəlli olub
Şəhid polkovnik Babək Səmidli dəfn olunub (FOTO)
Qarabağ Azərbaycanda iqtisadi artımın yeni drayveri olacaq - Vüsal Qasımlı
Milli Məclisin növbəti iclasının vaxtı məlum olub
Polietilen torbalar və plastik stəkanların satışına məhdudiyyət barədə layihə ikinci oxunuşda təsdiqləndi
Təəssüf ki, çox həkimlər süni tənəffüs aparatlarının funksiyalarını yaxşı bilmirlər - TƏBİB
Dövlət qulluqçularının xidməti yeni qaydalarla qiymətləndiriləcək
Azərbaycan nefti bahalaşır
Gəncədə qışa hazırlıq işləri yekunlaşıb (FOTO)
Çində koronavirusa görə 600-dən çox reys təxirə salınıb
Evdə müalicə olunan COVİD xəstələrinin sayı açıqlandı
"Vətən Müharibəsi Qəhrəmanı" adı haqqında əsasnamə ikinci oxunuşda təsdiq edilib
Dövlət səviyyəsində antibiotiklərin reseptsiz satışına sərt nəzarət olmalıdır - Səhiyyə nazirliyi
Milli Məclisdə həmkarlarımız arasında COVID-19-a yoluxanlar var - Spiker
Milli Məclis yeni orden və medallarla bağlı layihəni ikinci oxunuşda təsdiqlədi
Düşmən Azərbaycan mövqelərini bu ərazidən atəşə tuturdu (FOTO)
Milli Məclisin növbəti iclası başlayıb
Azərbaycan Prezidenti: Biz Ağdam şəhərini bərpa edəcəyik
“ASAN xidmət” “500 startups” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb (FOTO)
Azərbaycan Prezidenti: Həmsədr ölkələrinin səfirləri bu məsciddə olublar, niyə məsələ qaldırmayıblar?
Prezident İlham Əliyev: Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri
Prezident İlham Əliyev Ağdam məscidinə Məkkədən gətirdiyi “Qurani-Kərim”i bağışlayıb
Bəzi antibiotiklərin reseptsiz satışına qadağa qoyulsun - TƏBİB-dən təklif
Bütün xəbərlər