...

Azərbaycanda sahibkarlar vəsaitlərin nağdlaşdırılmasına görə vergi ödəyəcək (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2016 12:51 (UTC +04:00)
Azərbaycanda hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən bank hesablarından vəsaitin nağd qaydada çıxarılmasına görə bir faiz həcmində sadələşdirilmiş verginin tutulması planlaşdırılır.
Azərbaycanda sahibkarlar vəsaitlərin nağdlaşdırılmasına görə vergi ödəyəcək (YENİLƏNİB)

Bakı. Azad Həsənli - Trend

Azərbaycanda hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən bank hesablarından vəsaitin nağd qaydada çıxarılmasına görə bir faiz həcmində sadələşdirilmiş verginin tutulması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclasında deyib.

Nazir qeyd edib ki, bu, parlamentə təqdim olunmuş “Nağdsız hesablaşmalar haqqında” qanun layihəsində nəzərdə tutulub.

Onun sözlərinə görə, banklardan nağd pul vəsaitlərinin çıxarılmasının məhdudlaşdırılması məqsədilə Vergi Məcəlləsinin layihəsinə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə banklar və poçt rabitəsinin milli operatorları tərəfindən 1 faiz dərəcəsi ilə sadələşdirilmiş verginin tutulmasına dair müddəa da daxil edilib:

"Bir daha qeyd edim ki, qanun layihəsində nağd qaydada xərclərin çəkilməsinə məhdudiyyətin qoyulması və pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması vətəndaşlara deyil, yalnız vergi ödəyicilərinə münasibətdə tətbiq olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti