...

Milli Məclis 2017-ci il üçün DSMF-nin büdcəsini qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2016 12:54 (UTC +04:00)
Milli Məclis bu gün keçirilən plenar iclasında 2017-ci il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsini qəbul edib.
Milli Məclis 2017-ci il üçün DSMF-nin büdcəsini qəbul edib

Bakı. Azad Həsənli - Trend:

Milli Məclis bu gün keçirilən plenar iclasında 2017-ci il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsini qəbul edib.

Trend-in məlumatına görə, DSMF-nin gəlir və xərcləri 3,4 milyard manat nəzərdə tutulur. Bu, 2016-cı ilin göstəricisindən 100 milyon manat çoxdur. Bu artımın əsas hissəsi sosial sığorta üzrə yığımların artması ilə bağlıdır.

Daha əvvəl Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd etmişdi ki, 2017-ci ildə əhaliyə sosial ödəmələr 3 318,22 milyon manat (bütün xərclərin 97,6 faizi) təşkil edəcək. Bu, 2016-cı ilin icra proqnozunu 234 milyon manat və ya 7,6 faiz üstələyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti