...

"Bank Standard" əmanətçilərinə ümumi kompensasiya öhdəliyinin 97%-i ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2016 10:45 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən dekabrın 16-da “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 907 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 383 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 770 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96%-dən artıq) çox kompensasiya ödənilib.

Fonddan Trend-ə verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 126 miyon 081 min manatdan artıq kompensasiya ödənilib.

Bundan başqa, “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 269 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-dən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 944 min manatdan (ümumi kompensasiya öhdəliyinin 92%-i) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 213 min manatdan artıq kompensasiya ödənilib.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min (ümumi kompensasiya öhdəliyinin 97%-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 050 min manatdan çox (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 174 min manatdan artıq kompensasiya ödənilib.

Həmçinin dekabrın 16-da QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 430 milyon 534 min manatdan artıq kompensasiya ödənilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 97%-i əmanətçilərə ödənilib.

Ümumilikdə ADIF tərəfindən 10 bank üzrə 718 milyon 002 min manatdan çox kompensasiya ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti