...

Nazir müavini: Çindən Avropaya gedən nəqliyyat yolları ilə bağlı türkdilli ölkələrin imkanı var ki... (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2016 14:34 (UTC +04:00)
Türkdilli şuranın dövlətləri Çindən Avropaya, eləcə də şimaldan cənuba gedən nəqliyyat yollarını birləşdirmək üçün bütün imkanlara malikdir.
Nazir müavini: Çindən Avropaya gedən nəqliyyat yolları ilə bağlı türkdilli ölkələrin imkanı var ki... (FOTO)

Bakı. Yelena Kosolapova - Trend:

Türkdilli şuranın dövlətləri Çindən Avropaya, eləcə də şimaldan cənuba gedən nəqliyyat yollarını birləşdirmək üçün bütün imkanlara malikdir.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin altıncı iclasında Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Aydar Arifxanov deyib.

O xatırladıb ki, bu region tarixən böyük “İpək yolu”nun tərkib hissəsi olub. A.Arifxanov qeyd edib ki, türkdilli ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müntəzəm olaraq müzakirə edilir, hər il nəqliyyat nazirlərinin görüşləri keçirilir.

Onun sözlərinə görə, nəqliyyat-logistika sahəsində uğurlu əməkdaşlıq üçün gömrük prosedurlarının sadələşdirilməsi vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti