Bakı. Azad Həsənli, Ənvər Məmmədov - Trend:
Vergilər Nazirliyində iki yeni mərkəz yaradılıb.
Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, Təhlil-informasiya şöbəsinin bazasında Media və Kommunikasiyalar Mərkəzi, İnformasiya texnologiyaları şöbəsinin bazasında isə İnformasiya Texnologiyaları Mərkəzi yaradılıb.
Bu strukturların rəhbərliyində dəyişikliklər baş verməyib.
Bundan başqa, nazirlikdə iki yeni departament yaradılıb. Vergi cinyatlərinin təhlili və vergi borclarının toplanmasının təşkili departamentinin bazasında Vergi qanunvericiliyinin icrasına nəzarət departamenti, Vergi auditi və operativ nəzarət idarəsinin bazasında isə Vergi öhdəliklərinin icrasına nəzarət Departamenti yaradılıb.
Nazirlikdən verilən məlumata görə, bu departamentlərə rəhbərlər təyin olunmayıb.