...

Azərbaycan və İran birgə aqrotexnika və avtobus istehsal etməyi düşünürlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2017 15:11 (UTC +04:00)
Azərbaycan və İran birgə aqrotexnika və avtobus istehsalı zavodunun tikintisini müzakirə edirlər.
Azərbaycan və İran birgə aqrotexnika və avtobus istehsal etməyi düşünürlər

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan və İran birgə aqrotexnika və avtobus istehsalı zavodunun tikintisini müzakirə edirlər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, bu gün Bakıda təməli qoyulan əczaçılıq zavodu İranla birgə ikinci zavoddur: "İlk zavodun - avtomobil istehsalı üzrə - tikintisinə ötən il Neftçala sənaye məhəlləsində başlanıb".

Qeyd edək ki, "Iran Khodro" ilə Azərbaycanın "Azeurocar" şirkəti İrana məxsus "Dena", "Rana", "Soren" və "Samand" markalı avtomobillər istehsal edəcəklər. Layihə 15 milyon dollar qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti