...

Mərkəzi Bankda struktur dəyişiklikləri olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2017 13:40 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankında iki yeni bölmə yaradılıb
Mərkəzi Bankda struktur dəyişiklikləri olub

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Mərkəzi Bankında iki yeni bölmə yaradılıb. Bu barədə Trend Mərkəzi Bankın saytına istinadən məlumat verir.

Məlumata görə, bankın strukturunda iqtisadi maarifləndirmə xidməti və Sumqayıt ehtiyat mərkəzi yaradılıb.

İqtisadi maarifləndirmə xidmətinin rəhbəri Ülkər Babayeva, Sumqayıt ehtiyat mərkəzinin direktoru isə Xudaverdi Lazımov təyin olunub.

Bundan başqa, Makroiqtisadi tədqiqatlar departamenti İqtisadi təhlil departamenti, İqtisadi inkişaf tədqiqatları departamenti isə Tədqiqatlar departamenti adlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti