Bakı. Trend:
Fevralın 2-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,9111 səviyyəsində formalaşıb.
Qeyd edək ki, fevralın 2-nə USD/AZN rəsmi məzənnəsi 1,9200-dır.