Vergilər nazirinin müşaviri: Ticarət festivallarında ƏDV əcnəbilərlə yanaşı, yerli vətəndaşlara da qaytarılacaq (MÜSAHİBƏ)

Vergilər nazirinin müşaviri: Ticarət festivallarında ƏDV əcnəbilərlə yanaşı, yerli vətəndaşlara da qaytarılacaq (MÜSAHİBƏ)

Bakı. Trend:

Trend vergilər nazirinin müşaviri - Vergi ödə­yi­cilərinə xidmət və şəf­faf vergi part­nyor­luğu departa­men­tinin baş direkto­ru, baş vergi xidməti müşaviri Ələkbər Məmmədovla müsahibəni təqdim edir

- Ələkbər müəllim, yaxın za­manlarda Bakıda maraqlı bir iqtisadi yeniliyin şahidi ola­ca­ğıq. Ümumiyyətlə, ticarət festi­val­larının başlıca məqsədi nədir?

- Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda prioritet istiqamətlərindən biri turizm sənayesidir. Ölkəmizdə turizmin inkişafının davamlılığını təmin etmək məqsədilə qanunvericilik təkmilləşdirilir, mühüm proqram və layihələr icra olunur, dövlətin dəstəyi ilə müvafiq infrastruktur yaradılır. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam bu sektorun gələcək inkişafı üçün yeni bir mərhələ açır. Sərəncama uyğun olaraq həyata keçiriləcək tədbirlərdən biri də paytaxt Bakıda ticarət festivallarının ("shopping festival") təşkilidir. Ticarət festivallarının keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır. Bu festivallar həm də vergi sisteminin təşviqini, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (ƏDV) sisteminin ölkədə tətbiqi ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, rezident və qeyri-rezident vergi ödəyicilərinin xidmət sisteminin inkişaf etdirilməsini nəzərdə tutur. Ticarət festivallarının təşkili barədə bir sıra qanunvericilik aktları və sənədlər təsdiq olunub.

- Ticarət festivallarının keçirilməsində Vergilər Nazirliyinin hansı işləri yerinə yetirməsi nəzərdə tutulub?

- Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması qaydası dövlət başçısının 2017-ci il 20 fevral tarixli fərmanı ilə təsdiq edilib. ƏDV-nin qaytarılması ilə ticarət festivallarının operatoru kimi Vergilər Nazirliyi məşğul olur: ƏDV-nin qaytarılması işlərini təşkil edir, müvafiq proqram təminatının və vahid məlumat bazasının yaradılmasını və idarə olunmasını təmin edir.

- ƏDV-nin qaytarılması proseduru necə nəzərdə tutulub?

- Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərtilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatı Vergilər Nazirliyi tərəfindən Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə müəyyən edilmiş qaydada aparılır. Festival zamanı hər bir alıcı verginin qaytarılması ilə bağlı satıcılar tərəfindən izahlı məlumat əldə edə biləcəklər. Əgər alıcı əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olarsa, satıcı ona ƏDV-nin qaytarılmasının 2-ci qaydası barədə də məlumat verməlidir. Bildiyiniz kimi, "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası", yəni, qısaca olaraq, "Tax free" sistemi mövcuddur və alıcı xarici vətəndaş olarsa, ona bu barədə də məlumat veriləcək. Bundan sonra həmin əcnəbi şəxs aldığı mallara görə ödənilmiş ƏDV-nin qaytarılmasını bu qaydalardan birinin tələbləri çərçivəsində özü seçə bilər.

Alıcı ƏDV-nin qaytarılması hüququndan istifadə etmək istədikdə satıcı Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında elektron vergi hesab-fakturası (e-VHF) tərtib edir və bu barədə məlumatları real vaxt rejimində vahid məlumat bazasına ötürür. Alıcı ticarət festivalı dövründə aldığı mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması məqsədilə müəyyən olunmuş yerlərdə yaradılan xüsusi köşkə yaxınlaşaraq aldığı malların elektron vergi hesab-fakturasını vergi orqanının köşkdə çalışan əməkdaşına təqdim edir. Məlumatlar vahid məlumat bazasında yoxlanıldıqdan sonra avtomatik olaraq risk qiymətləndirməsi aparılır və onun nəticələri əsasında vergi orqanının əməkdaşı tərəfindən mallara baxılmalı olub-olmadığı açıqlanır. Yoxlamanın nəticələrinə uyğun olaraq qaytarılacaq ƏDV məbləği barədə təsdiq qeydi aparılır, sənəd möhürlənib alıcıya təqdim olunur və bu barədə məlumat real vaxt rejimində müvəkkil banka ötürülür. Müvəkkil bank isə vergi orqanı tərəfindən möhürlə təsdiq olunmuş e-VHF-yə əsasən qaytarılmalı olan ƏDV məbləğini alıcının istəyinə uyğun olaraq, elə həmin gün nağd qaydada və ya 10 iş günündən gec olmayaraq milli valyutada (əcnəbilərə münasibətdə milli və ya xarici valyutada) alıcının bank kartına (və ya hesabına) köçürmə qaydasında qaytarır.

- Ticarət festivalları dövründə hansı mallar üçün ƏDV qaytarılmayacaq?

- "Tax-free" sistemində olduğu kimi, burada da bir sıra mallar var ki, onlara görə tutulmuş ƏDV qaytarılmır. Buraya aksizli mallar, ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar, külçə şəklində qiymətli metallar, nəqliyyat vasitələri və onların ehtiyat hissələri aiddir.

Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması yalnız bir elektron vergi hesab-fakturası üzrə malların dəyəri (ƏDV ilə birlikdə) 100 manatdan çox olduğu hallarda təmin edilir.

- Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması ilə "Tax-free" sisteminin fərqi nədir?

- Əsas fərq budur ki, ticarət festivallarında alıcıya fərq qoyulmur. Yəni Bakıda təşkil olunacaq ticarət festivallarında ƏDV, əcnəbilərlə yanaşı, yerli vətəndaşlara da qaytarılacaq. "Tax-free" sistemində isə ƏDV-nin qaytarılması yalnız əcnəbi turistlərə şamil edilir. Daha bir fərq də budur ki, "Tax-free" sistemində 300 manatdan artıq alınmış mallar üzrə ƏDV-nin qaytarılması nəzərdə tutulurdusa, ticarət festivalları zamanı bu hədd daha aşağıdır - bir e-VHF üzrə alınan malların dəyəri ƏDV ilə birlikdə 100 manatdan çox olmalıdır. "Tax-free" sistemində alıcı malı ölkə ərazisindən çıxardıqdan sonra ən geci 90 gün ərzində ƏDV geri qaytarılır, ticarət festivallarında isə belə məhdudiyyət yoxdur - mal alındığı gün ərzində ƏDV geri qaytarılır. "Tax-free" sistemində malların yoxlanılması və ƏDV-nin qaytarılması gömrük sərhəd-buraxılış məntəqələrində, ticarət festivallarında isə bilavasitə ticarət məkanlarında yaradılan xüsusi köşklərdə həyata keçirilir.

Ticarət festivalları dövründə festival iştirakçısı olan hər bir ticarət obyektindən mal almış istənilən şəxs ona lazım olan bir çox malları daha ucuz qiymətə əldə edə biləcək, bu isə öz növbəsində ticarət dövriyyəsinin artmasına səbəb olacaq.

Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr
Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr
Ali Baş Komandan qələbə ruhunu qaytardı - Firdovsi Umudov (VİDEO)
Ali Baş Komandan qələbə ruhunu qaytardı - Firdovsi Umudov (VİDEO)
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici işlər naziri ilə görüşüb
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici işlər naziri ilə görüşüb
Loading Bars
Xəbər lenti
Azərbaycandan Türkiyəyə təbii qaz ixracı azalıb
İşğaldan azad edilmiş ərazilərimizdə təhsil infrastrukturunun qurulması ilə bağlı TƏKLİFLƏR
Abşeronda "Volkswagen" yanıb
Britaniyada bir gündə koronavirusa 15 871 yoluxma qeydə alınıb
Hemilton "Formula-1" üzrə Bəhreyn Qran Prisinin təsnifat mərhələsinin qalibi oldu
Qazaxıstanda koronavirusa daha 826 nəfər yoluxub
Nigeriyada onlarla "Boko Haram" silahlısı öldürülüb
BƏƏ-də ABŞ hərbçisi həlak olub
Dünyada koronavirusa yoluxanların sayı 62 milyon nəfəri ötüb
Fransada koronavirusa yoluxanların sayı 2,2 milyonu ötüb
Londonda polis 150-dən çox nümayişçini saxlayıb
Türkiyə XİN-i iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib
Futbol üzrə İspaniya çempionatında "Real" "Alaves"ə məğlub oldu
Tovuzda minik avtomobili yanıb
Parisdə keçirilən etiraz aksiyasında 46 min nəfər iştirak edib
Şirvanda mənzildə qadın meyiti aşkarlanıb
Hikmət Hacıyev Tərtər və Ağdama səfərindən foto və videogörüntülər paylaşdı
Moskvada koronavirusdan daha 72 nəfər ölüb
"Qarabağ" qaçqın və məcburi köçkünlər arasında sürgündə olan yeganə futbol klubu idi - Hikmət Hacıyev (FOTO)
Azərbaycanda əmtəə qazının hasilatı artıb
Türkiyədə koronavirusdan sağalanların sayı 396 mini keçib
Mustafa Şentop: Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Fransada etiraz aksiyalarında 37 polis xəsarət alıb
Dünyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb - ÜST
İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib
“Associated Press” Ermənistanın Gəncəyə raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb (FOTO/VİDEO)
Beynəlxalq ictimaiyyət terrorizmin qarşısında dayanmalıdır - Zərif
ANAMA Füzulidə 4 mülki şəxsin minaya düşərək həlak olması ilə bağlı məlumat yaydı
Ağdam 27 il işğal altında qaldıqdan sonra (VİDEO)
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin üçüncü modul təlimi keçirilib (FOTO)
Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı
Azərbaycanın bədii gimnastika üzrə gənclər komandasının Avropa çempionatındakı çıxışının nəticələri məlum olub
Somalinin paytaxtında partlayış olub, 6 nəfər ölüb
Kəlbəcər rayonunun Vəng kəndi (VİDEO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 28.11.2020 tarixli bölüm
Daxili İşlər Nazirliyinin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən xəbərdarlıq
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Azərbaycanda COVID-19-a 4 212 yeni yoluxma qeydə alınıb, 1 760 nəfər sağalıb, 32 nəfər vəfat edib
Avropa Müsəlman Forumunun prezidenti və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
BQXK TƏBİB-ə 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” ianə edib (FOTO)
“AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib (FOTO)
Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - Baş Prokurorluq
Prezidentə yazırlar: Sizin rəhbərliyiniz altında Azərbaycan qüdrətli dövlətə çevrildi
Mariya Pavlovna Hüseynova Prezident İlham Əliyevi təbrik edib
Poltavada Azərbaycanla Ukraynanın birgə investisiya layihələri müzakirə edilib (FOTO)
Hikmət Hacıyev, diplomatik nümayəndələr və "Qarabağ" klubu Ağdam məscidində (FOTO)
Koronavirusa yoluxan Astara sakinləri evi tərk edibər, istintaq aparılır (FOTO)
Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
İranda 391 nəfər koronavirusdan ölüb
Azərbaycanda "Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması" layihəsi reallaşdırılacaq
AQTA yanında İctimai Şuraya üzvlər seçilib (FOTO)
Ötən günün yol qəzaları: 2 ölü, 2 yaralı
Baxımsız və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial müdafiə və reabilitasiya sistemi təkmilləşəcək
Hikmət Hacıyev və diplomatik nümayəndələr Ağdama gəlib
Vətəndaşın təzyiqə məruz qalması barədə fikirlər həqiqəti əks etdirmir - DİN
Koronavirus diaqnozu qoyulan Füzuli sakini küçədə saxlanıldı
Mixail Qusmanın “Anatoli Dobrınin. Səfirin həyatından 24 il və 14 gün” filminin Azərbaycanda premyerası olub
Paytaxt sakinləri karantin qaydalarına necə əməl edir? (FOTO)
Yaşayış yerini qanunsuz tərk edən COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
Yerevanda əsgər anaları növbəti aksiya keçirir
Ermənistan ordusunun Tərtərə atdığı “Smerç” raketi yerli muzeyə təhvil verilib - Hikmət Hacıyev (VİDEO)
Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır
İngiltərədə Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib
Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr
Sumqayıt şəhər polis idarəsinin rəisinin Gəncəyə təyinatı ilə bağlı məlumat yalandır - DİN
Rusiyada daha 510 nəfər koronavirusdan öldü
44 gündə Tərtərə 16 mindən çox mərmi atılıb - İcra başçısı
Sabahın hava proqnozu açıqlanıb
Evi tərk edən daha 4 koronavirus xəstəsi saxlanıldı (FOTO)
Türkiyə Qarabağdan Suriyayadək İslam coğrafiyasını canı bahasına qorumaq məcburiyyətindədir - Ərdoğan
Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar - Şuşa əməliyyatının iştirakçısı (FOTO)
OPEC+ neft hasilatını daha iki-üç ay müddətinə azaltmaq niyyətindədir.
Bugünədək sahələrdən 6240 ton tütün yığılıb
Ağsu icra başçısı dəfn olundu
Ali Baş Komandan qələbə ruhunu qaytardı - Firdovsi Umudov (VİDEO)
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb (FOTO)
Hikmət Hacıyev və diplomatik nümayəndələr Tərtərdədir (FOTO)
"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirdi (FOTO/VİDEO)
Şəkidə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib (FOTO)
Azərbaycan nefti bahalaşıb
Şəhid ailələri və müharibə əlilləri ilə bağlı yeni tədbirlər planı hazırlanıb
ABŞ-da edam üsullarının sayı artırılıb
Kəlbəcər rayonunun İstisu qəsəbəsi (VİDEO)
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici işlər naziri ilə görüşüb
Türk əsgərləri tezliklə Azərbaycanda vəzifələrinin icrasına başlayacaq - Fuat Oktay
Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq - Erməni əsgərindən etiraf
Böyük Qələbəyə bir neçə saat qalmış şəhid olan qəhrəmanımız (FOTO)
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır (ÖZƏL)
BŞBPİ-də bu vəzifə ləğv edildi
Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb
Bağlanmış bankların əmanətçilərinə 600 milyon manata yaxın kompensasiya ödənilib
Hikmət Hacıyev və "Qarabağ" klubu Ağdama gedir
Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb
Ceyhan terminalından 190 milyon bareldən çox AÇQ nefti nəql edilib
Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb (VIDEO)
Bütün xəbərlər