...

Transxəzər nəqliyyat marşrutuna yeni limanlar qoşulacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2017 12:57 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

Transxəzər beynəlxalq nəqliyyat marşrutuna qoşulan limanların sayı artırılacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Bakıda keçirilən Türkdilli ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində qardaşlaşmış limanların iclası zamanı deyib.

Onun sözlərinə görə, konsorsium layihəyə yeni iştirakçılar cəlb etmək niyyətindədir:

“Hazırda marşrutda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə yanaşı, Qazaxıstanın Aktau və Kurık, eləcə də Türkiyənin Samsun limanı iştirak edir. Biz bu cür limanların sayını artırmaq niyyətindəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti