...

Beynəlxalq Bank borcların yenidən strukturlaşmasını payızadək bitirməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2017 17:32 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Beynəlxalq Bankı (ABB) 3,3 milyard dollar həcmindəki kredit borcunun yenidən strukturlaşmasını avqust ayının sonunadək bitirməyə ümid edir.

Trend-in məlumatına görə, bunu xaric kreditorlarla görüş zamanı “White&Case” şirkətinin nümayəndəsi, ABB-nin hüquq məsləhətçisi Yan Klark deyib.

Onun sözlərinə görə, bununla bağlı təkliflər kreditorların 2/3 hissəsinin dəstəyinin alınması üçün iyul ayının 13-ü səsverməyə çıxarılacaq. Daha sonra bu təkliflər yekun qərar üçün Azərbaycanda məhkəməyə göndəriləcək.

Qeyd edək ki, bu gün Londonda ABB-nin xarici kreditorlarla görüşü keçirilir. Görüşdə bankın əsas səhmdarı olan Maliyyə Nazirliyinin rəhbəri Samir Şərifov iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti