...

Astanada "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının təsisçilərinin iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2017 15:37 (UTC +04:00)
İyunun 13-də Qazaxıstanın paytaxtı Astanada “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının (TBNM) təsisçilərinin iclası keçiriləcək.
Astanada "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının təsisçilərinin iclası keçiriləcək

Bakı. Trend:

İyunun 13-də Qazaxıstanın paytaxtı Astanada “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının (TBNM) təsisçilərinin iclası keçiriləcək.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən Trend-ə verilən məlumata görə, tədbirə işçi qrupuna üzv ölkələrin dəniz və dəmir yolu nəqliyyatı qurumlarının və dəniz limanlarının rəhbərləri qatılacaqlar.

QSC və digər qurumlardan olan rəsmi şəxslərin iştirak edəcəyi toplantıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, nəqliyyat əlaqələrinin səmərəsinin yüksəldilməsi, marşrutun inkişaf etdirilməsi, qarşılıqlı əlaqələndirmə işlərinin operativ təşkili və s. əhəmiyyətli məsələlərlə bağlı müzakirələr aparılacaq.

Müzakirələrin yekununda protokol imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti