Maliyyə naziri: Beynəlxalq Bankın xarici borcları ilə bağlı vəziyyət İYULDA bilinəcək

Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin təkrar strukturlaşdırılması planının xarici kreditorlar tərəfindən razılaşdırılması ilə bağlı vəziyyət iyulun ortalarınadək aydınlaşacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.
O deyib: “Biz artıq ictimaiyyəti danışıqlar prosesi barədə məlumatlandırmışıq. Vəziyyət gələn ayın ortalarınadək aydınlaşmalıdır. Bundan başqa, hələlik bir şey deyə bilmərəm”.