...

Azərbaycanda yeni assosiasiya yaradılır - Tekstillə bağlı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2017 10:39 (UTC +04:00)
Azərbaycanda Tekstil məhsullarının istehsalçıları və ixracatçıları Assosiasiyası yaradılır.
Azərbaycanda yeni assosiasiya yaradılır - Tekstillə bağlı (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda Tekstil məhsullarının istehsalçıları və ixracatçıları Assosiasiyası yaradılır.

Trend-in məlumatına görə, bunu ölkədə tekstil sənayesinin inkişafı və perspektivlərinə həsr olunan tədbirdə Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

O qeyd edib ki, bu təşəbbüslə həmin sahədə fəaliyyət göstərən sahibkarlar çıxış edib:

"Assosiasiyanın yaradılması bu sektorun inkişafına yönəlmiş zəruri qərarların qəbul edilməsini sürətləndirməyə xidmət edəcək. Ümumilikdə isə assosiasiya dövlətlə özəl sektor arasında münasibətlərin təkmilləşdirilməsinə imkan verəcək".

Nazir müavini bildirib ki, ölkədə artıq 8 sahəvi assosiasiya yaradılıb: "Hazırda isə biz 9-cunun yaradılmasında iştirak edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti