...

"AZSIĞORTA" şirkəti iri həcmli sığorta ödənişi edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2017 16:23 (UTC +04:00)
"AZSIĞORTA" şirkəti “Daşınmaz Əmlakın İcbari sığortası” növü üzrə iri həcmli sığorta ödənişini həyata keçirib.
"AZSIĞORTA" şirkəti iri həcmli sığorta ödənişi edib

Bakı. Trend:

"AZSIĞORTA" şirkəti “Daşınmaz Əmlakın İcbari sığortası” növü üzrə iri həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, Lənkəran rayonu ərazisində yerləşən yaşayış evlərinin birinə cəkilmiş elektrik xətlərində qısa qapanma nəticəsində yanğın hadisəsi baş verib. AZSIĞORTA şirkəti əmlaka dəymiş ziyanı qarşılayaraq, 14 850 manat dəyərində sığorta ödənişi edib.

Qeyd edək ki, bu il AZSIĞORTA şirkəti daha bir neçə iri sığorta ödənişləri həyata keçirib – baş verən sığorta hadisələrinə görə 300 000, 40 900 və 234 856 manat sığorta ödənişi həyata keçirib.

AZSIĞORTA ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “stable” proqnozu ilə “B” reytinqini təyin edib.

Xəbər lenti

Xəbər lenti