Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanın "Nikoil Bank"ı nizamnamə kapitalını artırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə bankdan verilən məlumatda deyilir.
Məlumata görə, bu məsələ bankın səhmdarlarının dekabrın 17-də keçiriləcək növbədənkənar iclasında müzakirə olunacaq.
İclas çərçivəsində bankın nizamnaməsində və Auditorlar Komitəsinin tərkibində dəyişiklik edilməsi nəzərdə tutulur.
"NIKOIL Bank" Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir.