...

Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars bölgədə sabitliyin, təhlükəsizliyin təminatında rol oynayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2017 16:21 (UTC +04:00)
Bakı-Tbilisi-Qars bölgədə sabitliyin, təhlükəsizliyin təminatında rol oynayacaq.
Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars bölgədə sabitliyin, təhlükəsizliyin təminatında rol oynayacaq

Bakı. Trend:

Bakı-Tbilisi-Qars dəmir yolu bölgədə sabitliyin, təhlükəsizliyin təminatında rol oynayacaq.

Trend-in məlumatına görə, bunu Bakıda dəmir yolunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir: "Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik".

İlham Əliyev bildirib ki, bu layihənin həyata keçirilməsi ancaq Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri hesabına mümkün olub: "Biz heç bir yerdən heç bir yardım almadıq, heç bir kredit almadıq, daxili imkanlar hesabına bu yolu tikdik və bu gün istifadəyə veririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti