Bakı. Azad Həsənli - Trend:
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsi tarixi İpək yolunun bərpa olunmasına böyük töhfədir.
Trend-in məlumatına görə, bunu BTQ-nin açılışı mərasimində Özbəkistanın Baş naziri Abdulla Aripov deyib.
O vurğulayıb ki, BTQ “Şimal-Cənub” layihəsinin vacib tərkib hissəsidir.
Nazirin sözlərinə görə, Özbəkistan bu nəqliyyat dəhlizi ilə yüklərin daşınmasında maraqlıdır.