...

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımaları tarifləri azala bilər (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2017 10:20 (UTC +04:00)
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımaları tarifləri Astara (İran) – Astara (Azərbaycan) dəmiryolu sahəsinin tikintisinin tam başa çatmasından sonra azala bilər
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımaları tarifləri azala bilər (ÖZƏL)

Bakı. Maksim Tsurkov, Fərhad Daneşvər - Trend:

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımaları tarifləri Astara (İran) – Astara (Azərbaycan) dəmiryolu sahəsinin tikintisinin tam başa çatmasından sonra azala bilər.

Bunu Trend-ə “İran Dəmir Yolları”nın beynəlxalq daşımalar şöbəsinin rəhbəri Hüseyn Aşuri deyib.

Onun sözlərinə görə, dəmir yolunun bu hissəsi dekabrın sonunda işə salınacaq.

O həmçinin əlavə edib ki, İran, Rusiya, Azərbaycan və Belarus Dəmir Yolları 2018-ci il üçün tariflərin artırılmamasını razılaşdırıb.

Xəbər lenti

Xəbər lenti