...

İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvləri təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2017 13:18 (UTC +04:00)
Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvləri təyin edilib

Bakı. Trend:

Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvləri təyin ediliblər:

Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

İdris İsayev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti