...

Aydın Əliyev: Bu, gömrük orqanlarının işini daha çox şəffaf edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2018 14:20 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) konsaltinq şirkətlərini gömrük proseslərinin monitorinqini keçirməyə dəvət edir
Aydın Əliyev: Bu, gömrük orqanlarının işini daha çox şəffaf edəcək

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) konsaltinq şirkətlərini gömrük proseslərinin monitorinqini keçirməyə dəvət edir.

Trend-in məlumatına görə, bu barədə DGK-nin sədri Aydın Əliyev ABŞ-ın Azərbaycandakı Ticarət Palatası tərəfindən təşkil olunmuş ziyafət zamanı deyib.

A.Əliyev qeyd edib ki, konsaltinq şirkətləri gömrük orqanlarının fəaliyyətini dəyərləndirmək üçün xüsusi qruplar yarada bilər: “Onlar həmçinin ticarət dövriyyəsinin daha da yaxşılaşması üçün öz məsləhət və təkliflərini verə bilər. Bu, gömrük orqanlarının işinin daha çox şəffaflığına, eləcə də onun bu təkliflər əsasında daha da təkmilləşməsinə səbəb olacaq”.

Xəbər lenti

Xəbər lenti