...

AİB Mərkəzi Asiya və Qərbi Asiya üzrə yeni baş direktor təyin etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2018 10:45 (UTC +04:00)
Verner Lipax Asiya İnkişaf Bankının Mərkəzi Asiya və Qərbi Asiya üzrə yeni baş direktor təyin olunub.
AİB Mərkəzi Asiya və Qərbi Asiya üzrə yeni baş direktor təyin etdi

Bakı. Ənvər Məmmədov - Trend:

Verner Lipax Asiya İnkişaf Bankının Mərkəzi Asiya və Qərbi Asiya üzrə yeni baş direktor təyin olunub. Trend-in məlumatına görə, o, bu vəzifədə Şon O Sallivanı əvəz edib.

V.Lipax bu vəzifəyə təyin olunmamışdan öncə region üzrə baş direktorun müavini və baş müşavir vəzifəsində çalışıb. 2011-2017-ci illərdə isə Asiya İnkişaf Bankının Pakistanda direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Asiya İnkişaf Bankı 1966-cı ildə təsis olunub, 67 ölkə bu bankın üzvüdür.

Xəbər lenti

Xəbər lenti