...

Azərbaycan 2025-ci ilə qədər çəltik yığımını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2018 17:52 (UTC +04:00)
2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.
Azərbaycan 2025-ci ilə qədər çəltik yığımını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır

Bakı. Trend:

2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.

Trend-in məlumatına görə, bu Prezidentin sərəncamı ilə təsdiq edilmiş çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulub.

Proqramda qeyd edilir ki, 2016-cı ildə 2,5 min hektarda çəltik əkilib və 5,6 min ton məhsul yığılıb. 2017-ci ildə isə çəltiyin əkin sahəsi əvvəlki illə müqayisədə 2 dəfədən çox artaraq 5,1 min hektara çatdırılıb, ölkə üzrə 15,9 min ton məhsul toplanıb və orta məhsuldarlıq 31,1 s/ha olub:

"Lakin ölkənin düyüyə illik tələbatı 40 min tondan yuxarıdır və onun böyük bir hissəsi idxal hesabına təmin olunur. Bu baxımdan Dövlət Proqramının çəltikçiliyin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin daha da gücləndirilməsinə və bu sahənin inkişafına mühüm təkan verəcəyi gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti