...

Nazir pensiya və müavinətlərin artımı üçün ayrılan vəsaiti açıqladı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2018 15:47 (UTC +04:00)
Azərbaycanda bu il pensiya və sosial müavinətlərin artımının maliyyələşdirilməsi üçün əlavə 200 milyon manat ayrılacaq
Nazir pensiya və müavinətlərin artımı üçün ayrılan vəsaiti açıqladı (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda bu il pensiya və sosial müavinətlərin artımının maliyyələşdirilməsi üçün əlavə 200 milyon manat ayrılacaq.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir qeyd edib ki, ümumilikdə pensiya və sosial müavinətlərin artımı 1,856 milyon nəfəri əhatə edəcək.

S.Müslümov bildirib ki, fevral ayında Azərbaycan Prezidenti “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb. “Bu sərəncam 1 milyon 236 min pensiyaçıya şamil olunub, artım üçün 165,4 milyon manat vəsait ayrılıb”.

S.Müslümov bildirib ki, Azərbaycan Prezidentinin fevral ayında imzaladığı daha 9 sənəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Prezidentin aylıq təqaüdü ödənilən 60 minədək şəxsi əhatə edir:

“Həmin sənədlərə əsasən, müvafiq şəxslərə Prezident təqaüdü 2018-ci il martın 1-dən 10 faiz artırılmaqla, şəhid ailələri üçün 220 manatdan 242 manata, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün 200 manatdan 220 manata, müharibə və 20 Yanvar əlilləri - I qrup əlillər üçün 165 manatdan 181,5 manata, II qrup əlillər üçün 143 manatdan 157,3 manata, III qrup əlillər üçün 110 manatdan 121 manata, 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 110 manatdan 121 manata çatdırılacaq. Həmçinin sosial müavinət alan ümumi səbəblərdən birinci qrup əlillərə də Azərbaycan Prezidentinin təqaüdlərinin gələn aydan 10 faiz artırılması, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Prezidentin təqaüdünün aylıq məbləğinin 1300 manatdan 1500 manata, Prezidentin fərdi təqaüdünün 1300 manatdan 1450 manata, fəxri adlara görə aylıq təqaüdlərin “Xalq” fəxri adı üçün 100 manatdan 150 manata, “Əməkdar” fəxri adı üçün 60 manatdan 100 manata çatdırılması nəzərdə tutulur. Qeyd olunan 9 Fərman və Sərəncama əsasən onların təqaüdlərinə müvafiq artımın edilməsi üçün cari ilin sonunadək dövlət büdcəsindən 9,7 milyon manat əlavə vəsait ayrılacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti