...

PwC Azərbaycanın 2-ci illik CEO araşdırması: Dünya ilə bərabər transformasiya (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2018 18:25 (UTC +04:00)
Sorğunun əsas nəticələri CEO-lar, yüksək vəzifəli şəxslər, dövlət rəsmiləri və diplomatların qatıldığı tədbirdə biznes və kütləvi informasiya vasitələrinə təqdim edilib.
PwC Azərbaycanın 2-ci illik CEO araşdırması: Dünya ilə bərabər transformasiya (FOTO)

Bakı. Trend:

PwC Azərbaycan özünün 2-ci illik CEO araşdırmasının təqdimatını keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, sorğunun əsas nəticələri CEO-lar, yüksək vəzifəli şəxslər, dövlət rəsmiləri və diplomatların qatıldığı tədbirdə biznes və kütləvi informasiya vasitələrinə təqdim edilib. Azərbaycan hesabatı Davosda keçirilən Dünya İqtisadi Forumunda təqdim olunan PwC-nin 21-ci İllik Qlobal CEO Sorğusunun bir hissəsidir. Sorğuda Azərbaycan iqdisadiyyatının aparıcı sektorlarında fəaliyyət göstərən 40 özəl və dövlət şirkətinin CEO-ları iştirak edib, iqtisadi tendensiyalara, biznes məsələləri və imkanlarına dair fikirlərini bölüşüblər.

PwC Azərbaycan şirkətinin ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev mətbuat konfransında qeyd edib: “İki il əvvəl, 2016-ci il sorğusunu keçirdiyimiz vaxtda, qlobal və yerli CEO-ların nikbinlik səviyyəsi kifayət qədər aşağı idi. 2 il qədər qısa bir müddət ərzində Azərbaycanın iqtisadiyyatında üzləşdiyi bir çox çağırışların və geosiyasi oyunların öhdəsindən gələ bilməsini görmək çox ruhlandırıcıdır. 2018-ci il sorğusu göstərir ki, şirkət rəhbərlərinin 66% şirkətlərinin gəlir perspektivlərindən əmindirlər”.

Qlobal və yerli səviyyədə CEO-lar arasında müşahidə olunan nikbinlik göstəricisi 2010-cu ildən bu günə kimi ən yüksək səviyyədədir və sonuncu sorğudan sonra iki dəfəyə qədər artıb. İqtisadiyyatın və əmtəə qiymətlərinin sabitləşməsi, ölkələrin institusional islahatlar və diversifikasiyanın başlaması fonunda CEO’lar qısa və orta müddətli inkişaf perspektivlərini görürlər. Son böhran proseslərin pozulmasına gətirib çıxardı və eyni zamanda dəyişikliyin əsas katalizatoru kimi çıxış etdi, habelə həm özəl, həm də dövlət sektoru müəssisələrinə müsbət təsir göstərərək onları strategiyalarını və biznes modellərini yenidən nəzərdən keçirməyə məcbur etdi.

PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. Biz buna strategiyadan icrayadək vergi, hüquq, audit və məsləhət xidmətləri sahəsində müştərilərimizi maraqlandıran məsələlərin həllinə yönəldilmiş xidmətlər göstərməklə nail oluruq. PwC Azərbaycanda 6 ölkədən 140-dan artıq mütəxəssisimiz yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür.

Bütün hüquqlar qorunur. PwC təşkilatlara və fiziki şəxslərə qarşıya qoyulmuş məqsədlərinə nail olmaqda köməklik göstərir. PwC dünyanın 158 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyətli xidmətlər göstərən 236,000 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələlər haqqında daha ətraflı məlumat üçün: www.pwc.com/az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti