...

"Azər Türk Bank" bayram günlərində işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2018 15:44 (UTC +04:00)
Dövlət bankı "Azər Türk Bank" Novruz bayramı günlərində də müştərilərinə xidmət göstərəcək.
"Azər Türk Bank" bayram günlərində işləyəcək

Bakı. Trend:

Dövlət bankı "Azər Türk Bank" Novruz bayramı günlərində də müştərilərinə xidmət göstərəcək.

"Azər Türk Bank"dan Trend-ə verilən məlumata görə, bankın 28 may küçəsi, 64/75 ünvanda yerləşən “Bakı” filialı 20,21,22 mart, Fəzail Bayramov küçəsi, 6 ünvandakı 2 saylı şöbəsi 23, 24, 25 mart tarixlərində saat 10:00-dan 15:00-dək , H.Əliyev pr.115 ünvanda yerləşən (5 saylı Bakı "ASAN xidmət" mərkəzi) 1 saylı şöbəsi martın 26-da saat 10:00-dan 20:00-dək işləyəcək.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti