...

Türkiyənin birja fondlarına yatırım: sərfəli, təhlükəsiz, rahat

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2018 15:40 (UTC +04:00)
ETF fondu səhmlər, istiqrazlar, xammal, mallar, valyuta və digər aktivlərdən ibarət olan portfeldir.
Türkiyənin birja fondlarına yatırım: sərfəli, təhlükəsiz, rahat

Bakı. Trend:

İnvestorların, xüsusilə də bu işə yeni başlayanların arzusu ciddi risklər daşımayan və böyük diqqət tələb etməyən stabil və yüksək gəlir mənbəyi tapmaqdır. Bu tələbləri qarşılayan azsaylı alətlərdən biri ETF fondlarıdır. ETF birjada ticarət olunan fond, yəni payları birjada ticarət olunan açıq investisiya fondu deməkdir. ETF fondu səhmlər, istiqrazlar, xammal, mallar, valyuta və digər aktivlərdən ibarət olan portfeldir.

Birja fondları digər alətlərlə müqayisədə bir sıra mühüm üstünlüklərə malikdir. Məhz buna görə ETF fondları dünya bazarlarında belə populyardır. ETF-lər peşəkarlar tərəfindən idarə olunur. Bu idarəedicilər investisiyaların yüksək gəlirliyinin saxlanılması və təhlükəsizliyinə nəzarət edirlər. İnvestorlar isə öz növbəsində portfeli passiv şəkildə idarə etmək və əziyyət çəkmədən böyük dividendlər almaq imkanını əldə edirlər. ETF fondunun strukturu şəffafdır, onu onlayn rejimdə izləmək olar. Birja fondları böyük likvidliyə malikdir, yəni bu aktivlərin alış-satışını hər an yerinə yetirmək mümkündür. Bundan əlavə, ETF fondlarının portfelinə müxtəlif iqtisadi sahələrdən və ölkələrdən olan aktivlər daxil ola bilər. Bu isə investisya porfelinin dərin şaxələndirilməsini təmin edir.

Azərbaycan investorlarının ETF fondları sayəsində əldə etdiyi vacib üstünlüklərdən biri də beynəlxalq bazarlara rahat çıxışın təmin olunmasıdır. Məsələn, Türkiyədəki birja fondlarına pul qoyan investor ildə 20%-dək gəlir qazanmaq imkanını əldə edir. Türkiyə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə malikdir. 2017-ci ildə onun artımı 5,1%, 2018-ci ildə gözlənilən artım üzrə proqnoz isə 3,5% təşkil edir. Türkiyədə sənaye, kənd təsərrüfatı, xidmətlər sahələrinin bir çox istiqamətləri inkişaf edir. Əlverişli coğrafi mövqe, gənc və savadlı əhali, böyük daxili bazar, vergilərin aşağı səviyyədə olması və stimullaşdırıcı tədbirlər Türkiyədə biznesin çiçəklənməsi və xarici kapitalın cəlb olunması üçün münbit şərait yaradır. Türkiyənin birja fondlarına investisiya yatırmaq üçün “AzFinance” şirkətində standart broker hesabı açmaq olar. Hesabı açmaq üçün minimal məbləğ 5000 dollar təşkil edir.

Şübhəsiz ki, ETF fondları hər bir investorun portfelində qiymətli aktiv olacaq. Onları almaq üçün sadəcə “AzFinance” şirkətinə müraciət etmək kifayət edir. “AzFinance” şirkətinin ofisi N.Nərimanov, 206 ünvanında yerləşir. Poçt indeksi – AZ1065. Əlaqə telefonu: (012) 310 33 30. Şirkətin sosial şəbəkələrdə ünvanları:

Telegram https://t.me/AzfinanceInvestment

Instagram @Azfinance

Twitter @Azfinance2

Facebook https://www.facebook.com/AzFinanceInvest/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti